Psixoloq: “Harrisin gülməsi və geniş əl hərəkətləri namizədin narahatlığının təzahürüdür”
ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris “narahatlıq” səbəbindən çox az müsahibə verir. Siyasətçi özündən əmin olmadığı üçün “imposter sindromu”ndan əziyyət çəkə bilər. AYNA xəbər verir ki, bu barədə Amerikanın “New York Post” qəzeti yazır.
"Harris bütün namizədlər arasında müsahibələrin sayına görə anti-rekord vurur - hətta demokratlar da narahatdır", - nəşr yazıb.
Psixoloq Kerol Liberman qəzetə verdiyi müsahibədə problemin daha dərin olduğunu deyib: Harris müsahibələr zamanı narahat görünür. Harrisin təşviqat komandası onun bu qədər qorxmasının psixoloji səbəblərini deyəsən anlamırlar”.
Psixoloq əlavə edib ki, Harrisin gülməsi və geniş əl hərəkətləri namizədin narahatlığının təzahürüdür: “Narahatlıq insanın öz qabiliyyətlərinə şübhə etdiyi zaman “imposter sindromu”ndan yaranır”.