“ABŞ adminstrasiyası Qəzzada atəşkəsə nail olmaq üçün fəaliyyətini davam etdirəcək”
“Ağ Ev administrasiyası Qəzza zolağında atəşkəslə bağlı İsrail və Fələstinin HƏMAS hərəkatı arasında razılıq əldə etmək üçün işlərini davam etdirir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ Demokratlar Partiyasından Prezident postuna namizəd olan ABŞ-ın vitse-prezidenti Kamala Harris Pensilvaniyada jurnalistlərlə söhbətində deyib.
İsrailin Baş naziri Bünyamin Netanyahunun atəşkəs razılaşmasına hazır olub-olmaması ilə bağlı suala Harris belə cavab verib: “Mən onun adından danışa bilmərəm, amma sizə deyim ki, bu danışıqlar davam edir. Biz təslim olmuruq, bunun üçün çox çalışacağıq. Biz atəşkəsə nail olmalı və girovları azad etməliyik”.
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden anklavda atəşkəs sazişinin bağlanmasının hələ də mümkün olduğuna əmin olduğunu bildirib.