Yaqut Qarayeva "/>

"Hamımız COVID-19-a yoluxa bilərik, burada utanacaq bir şey yoxdur" - <font color=red> Yaqut Qarayeva </font>

Cəmiyyət

20.06.2020 - 12:42

Həkimlər Klinikalar SEO Xidməti

TƏBİB rəsmisi müalicə olunmuş insanlara 21 gün işə çıxmamağı tövsiyə edib

 

“Evdə yüksək hərarəti olan bəzi insanlar bunu gizlədirlər”.

 

AYNA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

Y. Qarayeva deyib ki, COVID-19 tənəffüs yolu xəstəliklərindən biridir: “Sadəcə, bu gün həmin xəstəliyi müalicə etmək üçün dərmanımız yoxdur. Biz hamımız buna yoluxa bilərik, burada utanacaq bir şey yoxdur”.

 

TƏBİB-in şöbə müdiri qeyd edib ki, hazırda müalicə olunmuş insanlara 21 gün işə çıxmamaq tövsiyə olunur: “Xalqımızın xəstələrə evdə baş çəkmək kimi ənənəsi var. Bu gözəl ənənəyə bir müddət son qoymaq lazımdır. Rayonlarımızın birində koronavirusa yoluxan xəstəyə yaxınları baş çəkdiyi üçün yoluxanlar da olub”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş