Hakan Fidan: “Zəngəzur xəttinin açılmasına ümumi dəstəyi gözləyirik"

Xəbərlər

15.03.2024 - 12:47

cedabet dərman SEO Xidməti

“Biz hər bir məsələdə əlimizdən gəlməyi etməyə hazırıq”

“Ötən 4 il ərzində beynəlxalq və regional böhranlar olub”. AYNA APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşünün nəticələrinə dair mətbuat üçün brifinq zamanı deyib.

“Eləcə də bu illər ərzində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib. Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizəd olub”, - XİN rəhbəri vurğulayıb.

Fidan qeyd edib ki, ölkələr arasında əməkdaşlığı irəli aparmaq üçün lazımi müzakirələr aparılıb: "Biz hər bir məsələdə əlimizdən gəlməyi etməyə hazırıq".

Nazir COP29-a ev sahibliyi münasibətilə ölkımizi təbrik edib.

"Cənubi Qafqazda sülhün bərpası regional və qlobal əhəmiyyətlidir. Bu mənada, Zəngəzur xəttinin açılmasına ümumi dəstəyi gözləyirik", - Hakan Fidan qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş