Hakan Fidan: “YPG mart razılaşmasına əməl etmir”

Dünya

13.08.2025 - 17:44

"Onlar heç bir şəraitdə istədiklərinə nail ola bilməyəcəklər”

YPG (PKK-nın Suriya qanadı) mart razılaşmasına əməl etmir. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, YPG gecikdirmə siyasətindən əl çəkməlidir: "Onlar heç bir şəraitdə istədiklərinə nail ola bilməyəcəklər. Yeni inkişaf mərhələsinə keçmək və regionda yeni ruh formalaşdırmaq üçün tədbirlər görmək lazımdır. Mən bir daha YPG-ni Türkiyə və bölgəyə qarşı təhdidlərdən əl çəkməyə, rəsmi Dəməşqlə əlaqə yaratmağa və razılaşmanı həyata keçirməyə çağırıram".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş