Hacıqabulda narkokuryerlik edən şəxs saxlanılıb

Xəbərlər

11.09.2025 - 12:21

Qarayev İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiyini bildirib

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Sumqayıt şəhər sakini Əhməd Qarayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA.AZ-a verilən məlumata görə, ondan 1 kiloqram heroin və marixuana aşkarlanıb.

Ə.Qarayev sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına pul müqabilində narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan təbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş