Hacıqabulda intihar: 29 yaşlı qadın özünü gölə atıb

Hadisə

11.04.2021 - 13:46

Hadisə rayonun Udulu qəsəbəsində baş verib

 

Hacıqabulda 29 yaşlı qadın özünü gölə atıb. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqbul rayonunun Udulu qəsəbəsində baş verib.

 

Rayonun Udulu-Cəngən kənd sakini, 1992-ci il təvəllüdlü İsrafilova Gülər Elşən qızı özünü gölə ataraq intihar edib.

 

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: Ayna.az