Hadisə Nəvahi kəndində qeydə alınıb
Hacıqabulda iki minik avtomobili toqquşub. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes-Benz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Saatlı rayonunun Qıraqlı kənd sakini, 1959-cu il təvəllüdlü Ağabəyim Mişdaba qızı Əhmədova ağır xəsarət alaraq Şirvan Rayon Xəstəxanasına yerləşdirilib.
Digər sərnişin yüngül xəsarət aldığından ambulator yardım alıb.