Hacıqabulda ağacəkmə aksiyası keçirilib

Xəbərlər

06.05.2024 - 05:26

200 yeni ting əkilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Hacıqabul rayonunda ağacəkmə aksiyası təşkil edilib.

AYNA xəbər verir ki, ağacəkmə aksiyası Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı tərəfindən keçirilib.

Aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının rəhbərliyi, idarə, müəssisə və təşkilat əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və YAP fəalları iştirak ediblər. Hacıqabul-Muğan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyası zamanı ərazi təmizlənərək ümumilikdə 200 ağac əkilib, həmçinin ağaclara aqrotexniki qulluq göstərilib.

Müəllif: Ayna.az