Gürcüstanın keçmiş baş prokuroru beynəlxalq axtarışa veriləcək

Dünya

29.12.2025 - 15:52

Otar Partsxaladze iş adamı Levan Canqveladzenin qətlinə görə məsuliyyət daşıyacaq

Daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze keçirdiyi brifinqdə bildirib ki, Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze 2025-ci ilin mart ayında Tiflisdə iş adamı Levan Canqveladzenin qətlinə görə məsuliyyət daşıyacaq. Bu barədə AYNA.AZ gürcü mediasına istinadən bildirir.

"İstintaq Otar Partsxaladzenin qətlin təşkilatçısı olduğunu müəyyən edib. İstintaqın nəticələrinə əsasən Baş Prokurorluq Otar Partsxaladzenin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarıb", - Daraxvelidze bildirib.

O qeyd edib ki, prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində Partsxaladzeyə qarşı həbs cəzası təyin edilməsi üçün məhkəməyə vəsatət təqdim edəcək və ona beynəlxalq axtarış elan ediləcək.

Qeyd edək ki, Partsxaladze Rusiya vətəndaşıdır.

Gürcü iş adamı Canqveladzenin qətli 14 mart 2025-ci ildə Tiflisdə baş verib. Muzdlu qatil Gela Udzilauri həbs edilib və günahını etiraf edib, lakin cinayətin sifarişli qətl olduğunu inkar edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş