Gürcüstandan Ermənistana gedən yol bağlanıb

Dünya

27.02.2026 - 14:08

Paravani aşırımından keçən bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

Gürcüstanda Ermənistan sərhədinə aparan yolun Ninotsminda-Bavra keçid məntəqəsi istiqamətindəki bir hissəsi müvəqqəti olaraq bağlanıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Gürcüstan Yolları Departamentinin məlumatına görə, qar fırtınası və zəif görünürlük səbəbindən Paravani aşırımından keçən bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Məhdudiyyət Koda-Partskhisi-Manglisi-Tsalka-Ninotsminda milli avtomobil yolunun 94-cü kilometrindən 110-cu kilometrinə qədər olan hissəsinə şamil edilib.

Qeyd edək ki, Lars istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti 26 fevraldan etibarən qadağan edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş