Qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan olunub
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində 121 xarici vətəndaşı Gürcüstandan deportasiya ediblər.
AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, ötən ay keçirilən kompleks əməliyyat zamanı Hindistan, İran, Türkiyə, Pakistan, İraq, Misir, Livan, Mərakeş, Filippin, İordaniya, Banqladeş, Çad, Kot-d'İvuar, Rumıniya, Rusiya, Nigeriya və digər ölkələrin vətəndaşları - ümumilikdə 121 nəfər ölkədən deportasiya edilib.
DİN-in məlumatına görə, mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan olunub.
DİN-in açıqlamasında deyilir: "Gürcüstan DİN-in Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun vəzifələrindən biri qanuni əsas olmadan Gürcüstanda olan xarici vətəndaşları müəyyən etmək və onların Gürcüstandan çıxarılmasıdır".