Gürcüstanda zəlzələ olub

Dünya

22.07.2024 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

Təkanlar Azərbaycanın sərhəd rayonlarında da hiss edilib

Gürcüstan Milli Seysmik Monitorin Mərkəzi Azərbaycanla sərhəddə yerləşən Deoplistkaro munisipaliteti yaxınlığında zəlzələnin baş verməsi ilə bağlı məlumat yayıb.

AYNA APA-ya istinadən xəbər verir ki, Mərkəz Tbilisi vaxtı ilə 12:08-də qeydə alınmış zəlzələnin episentrinin Deoplistkaronun şimal-qərbində yerləşən Leninovka kəndinin 3 kilometrliyində qeydə alındığını açıqlayıb. Zəlzələ 4,9 bal gücündə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Yeraltı təkanlar paytaxt Tbilisidə də hiss olunub.

Qeyd edək ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş