Baş Nazirin sözlərinə görə, cinayətkar təkbaşına fəaliyyət göstərir
Gürcüstanın Zuqdidi şəhərində silahlı şəxs Gürcüstan Bankının yerli şöbəsindəki insanları girov götürüb. AYNA gürcü mediasına istinadən bildirir ki, girovlar arasında həm bankın əməkdaşları, həm də müştəriləri var. Hazırda xüsusi əməliyyat keçirilir. Hadisə yerinə xüsusi təyinatlılar gəlib.
“Rustavi 2” telekanalının məlumatına görə, bankın filialında 30 nəfərədək insan var. Onları girov götürən şəxsin qumbara və avtomatla silahlandığı bildirilir.
Respublikanın Baş Naziri Georgi Qaxariyanın sözlərinə görə, cinayətkar təkbaşına fəaliyyət göstərir.