Gürcüstanda QHT-lər dövlət büdcəsindən qrant alacaqlar

Dünya

09.09.2024 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçmiş təşkilatlar qrantlar üçün müraciət edə biləcəklər

Gürcüstan hökuməti yerli QHT-lərə və mediaya qrant ayırmaq üçün öz fondunu yaradacaq. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, fond dövlət büdcəsindən maliyyələşəcək. “Xarici təsirin şəffaflığı haqqında” Qanuna uyğun olaraq Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçmiş təşkilatlar qrantlar üçün müraciət edə biləcəklər.

“Bir çox qeyri-hökumət təşkilatları bəzi xarici donorlar tərəfindən qeydiyyatdan keçsələr, maliyyələşməni dayandırmaqla hədələyiblər. Bunun fonunda və ümumiyyətlə, ölkənin maraqlarından çıxış edərək, Gürcüstanın qeyri-hökumət təşkilatları üçün qrant proqramı yaratmaq qərarına gəldik. Bu, Gürcüstanın dövlət büdcəsindən gürcü vergi ödəyicilərinin pulları hesabına maliyyələşdiriləcək. Qrant fondunun rahat işləməsi üçün zəruri olan institusional və maliyyə əsasları yaxın iki ayda hazırlanacaq və ilk qrant layihələri 2025-ci ilin yanvarında maliyyələşdirilməyə başlanacaq”, - Baş nazir bildirib.

Hazırda prezidentin, müxalifətin, QHT-lərin və medianın “Xarici agentlər” haqqında qanuna (Xarici təsirin şəffaflığı haqqında) qarşı birgə iddiası Konstitusiya Məhkəməsindədir. Konstitusiya Məhkəməsi bir həftədən çoxdur ki, ilkin dinləmələrin nəticələri ilə bağlı qərarını açıqlamır. İddiaçılar yekun hökm çıxarılana qədər qanunun icrasını dayandırmağı tələb ediblər.

Bəzi QHT və KİV-lər Gürcüstanı Rusiya yolu ilə aparan ayrı-seçkilik qanununa tabe olmadıqlarını, cərimə təhlükəsi olsa da, qeydiyyatdan keçməyəcəklərini bəyan ediblər. Yalnız 500-ə yaxın təşkilat “Xarici qüvvələrin maraqlarını təşviq edən təşkilatlar” reyestrinə daxil olmaq üçün müraciət edib. Onlar əsasən cərimə ödəyə bilməyən və vəkil tuta bilməyən kiçik QHT-lərdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş