Kobaxidze: “Ehtimal ki, 2025-ci il yanvarın əvvəlində prezident seçkiləri keçiriləcək”
Gürcüstanda yeni prezident seçkilərinin 2025-ci ilin əvvəlində keçiriləcəyi gözlənilir. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze deyib.
“Ölkədə vəziyyət dinc və sakitdir. Parlament seçkilərinin nəticələrinə yekun vurulacaq və ondan sonra onuncu gün parlamentin ilk iclası keçiriləcək. Ehtimal ki, 2025-ci il yanvarın əvvəlində prezident seçkiləri keçiriləcək. Bundan sonra prezidentin andiçmə mərasimi baş tutacaq. Ölkə həmişəki kimi yaşamağa davam edir”, - deyə Kobaxidze jurnalistlərə bildirib.