Gürcüstanda dizelin qiyməti qaxldı

Dünya

26.06.2022 - 23:48

Qonşu ölkədə dizelin qiyməti 4,5 larini keçib

Gürcüstanda dizel yanacağına tələbat və yanacağın qiyməti artıb. AYNA gürcü mediasına istinadən bildirir ki, qonşu ölkədə dizelin qiyməti 4,5 larini keçib.

Gürcüstan Neft İdxalatçıları Birliyinin sədri Vano Mtvralaşvili deyib ki, Gürcüstan bazarında dizelin qiyməti ilə bağlı vəziyyət kifayət qədər ağırdır.

“Yaranmış çətinlik bir neçə amillə bağlıdır. Bunlardan birincisi, dünya bazarında dizel yanacağının qiymətlərinin əhəmiyyətli dərəcədə artmasıdır. Bu gün dizel yanacağının 1 tonunun qiyməti 1360 ABŞ dollarına çatıb. Bu da son bir ayda 30 faiz qiymət artımı deməkdir”, - deyə rəsmi şəxs qeyd edib.

Müəllif: Ayna.az