Gürcüstanda Azərbaycan vətəndaşı həbs edilib

Dünya

05.05.2026 - 17:11

Tutulan azərbaycanlı narkotik qaçaqmalçılığında iştirakda ittiham olunur

Azərbaycan vətəndaşı olan 32 yaşlı kişi Tiflisdə böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi, saxlanması və satışı ittihamı ilə saxlanılıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Təqsirləndirilən şəxsin evində aparılan axtarış zamanı polis satışa hazır olan bir kiloqrama qədər kokain müsadirə edib.

Narkotiklərin qablaşdırılması üçün lazım olan materiallar da müsadirə edilib. Kişi 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası ala bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş