Mandat qazananlardan ikisi hakim partiyadandır, biri müxalifətdəndir
Gürcüstanda keçirilən parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib. AYNA “Report”a istinadən xəbər verir ki, onların 2-si - Zaur Darğallı və Savalan Mirzəyev hakim Gürcü Arzusu Partiyasından seçilib.
Z.Darğallı Marneuli-Qardabani dairəsi üzrə majoritar qaydada, S.Mirzəyev isə proporsional siyahı üzrə deputat mandatı əldə edib.
Qanunverici orqana keçən üçüncü azərbaycanlı Abdulla İsmayılovdur. O, Vahid Mili Hərəkat – Güc birlikdədir müxalif birliyin proporsional siyahısında 17-ci yerdə olub. A.İsmayılovun qanunverici orqanda təmsil olunub-olunmayacağı hələ məlum deyil. Belə ki, müxalif birlik seçkilərin qeyri-legitim olduğunu iddia edərək nəticələri tanımadığını bildirib.
Qeyd edək ki, Gürcüstanın öncəki parlamentində 4 azərbaycanlı deputat olub.