Gürcüstan və Çin Orta Dəhlizin İnkişafı Sazişi imzalayıblar

Dünya

13.09.2024 - 16:50

Həkimlər Klinikalar SEO Xidməti

“Bu, Gürcüstanın regional qovşaq kimi əhəmiyyətini artıracaq”

Gürcüstan və Çin Orta Dəhliz İnkişafı Sazişi imzalayıblar. AYNA “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, sənədi Gürcüstanın İqtisadiyyat Nazirliyinin rəhbəri Levan Davitaşili və Çinin İnkişaf və İslahatlar üzrə Milli Komissiyasının sədri Çao Çensin imzalayıb.

“Memorandum bizə Çinlə daha sıx ticarət-iqtisadi əlaqələr qurmaq, əlavə investisiyalar cəlb etmək və Gürcüstan məhsullarının Çinə ixracını artırmaq imkanı verir. Biz həmçinin dəhlizə daha çox yük cəlb edə biləcəyik ki, bu, Gürcüstanın regional qovşaq kimi əhəmiyyətini artıracaq”, - Davitaşvili bildirib.

Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, həmçinin Türkiyə və Avropa ölkələrindən keçir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş