Gürcüstan Parlamentinin sədri avropalı deputatlarla görüşdən imtina edib

Dünya

11.11.2024 - 15:48

Həkimlər Klinikalar SEO Xidməti

“Avropa İttifaqı ölkələrindən gələn deputatlar dəfələrlə Gürcüstana qarşı qeyri-dost münasibət nümayiş etdiriblər”

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili gələn Avropa ölkələrinin deputatları ilə görüşməkdən imtina edib. Spikerin bu qərarının səbəbləri barədə onlara yazılı məlumat verib. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.

Papuaşvili qeyd edib ki, Avropa İttifaqı ölkələrindən gələn deputatlar “dəfələrlə Gürcüstana qarşı qeyri-dost münasibət nümayiş etdiriblər”.

“Son iki il yarım ərzində şahidi olduğumuz səfər nümayəndə heyətinin bəzi üzvlərinin Gürcüstana və onun hakimiyyətlərinə qarşı qeyri-dost ritorikası və hərəkətləri Avropanın sülh layihəsi kimi baxışı ilə uyğun gəlmir”, Papuaşvili vurğulayıb.

Bildirilir ki, avropalı deputatlar arasında Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri, Gürcüstan müxalifətini fəal şəkildə dəstəkləyən Maykl Rot da var.

Müxalifət hərəkatının üzvləri isə Tiflisdə Prezident iqamətgahı yaxınlığında aksiya keçiriblər. Onlar Aİ-nin səkkiz ölkəsinin deputatlarından ibarət nümayəndə heyətini qarşılayıblar. Aksiya Prezident Salome Zurabişvilinin sədrliyi ilə keçirilən iclasa paralel aparılıb.

Müxalifətin məqsədi “Avropalı dostlara gürcü xalqının oğurlanmış seçkiləri qaytarmaq üçün mübarizə apardığını göstərmək” olub.

Danışıqlardan sonra nümayəndə heyətinin bəzi üzvləri aksiya iştirakçıları ilə ünsiyyət qurmaq üçün onların yanına gediblər. Etirazçılar Almaniya Bundestaqının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Mixael Rotu köhnə tanışı kimi qarşılayıblar.

Xatırladaq ki, Bundestaq üzvü yazda “Xarici agentlər” haqqında qanuna qarşı keçirilən mitinqlərdə də iştirak etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş