Müxalif qüvvələr parlamentinin işində iştirak edəcək
Gürcüstanın ana müxalifət partiyası baykotu dayandıraraq parlamentinin işində iştirak edəcək. AYNA APA-ya istinadən xəbər verir ki, müvafiq qərar Vahid Milli Hərəkat Partiyasının (VMHP) Siyasi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.
Partiya sədri Nika Melia bildirib ki, VMH parlamentə daxil olsa da, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təqdim etdiyi sənədi imzalamaqdan imtina edir.