Gürcüstan-Ermənistan sərhədində nəqliyyatın hərəkəti bərpa olunub

Dünya

13.01.2026 - 19:08

Yol 11 yanvar tarixindən etibarən əlverişsiz hava şəraiti səbəbindən bağlanmışdı

Gürcüstanın Paravani aşırımında, Ermənistanla sərhədə aparan yolda nəqliyyatın hərəkəti bərpa olunub. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Yol Departamentindən məlumat verilib.

Yol 11 yanvar tarixindən etibarən əlverişsiz hava şəraiti səbəbindən bağlanmışdı.

Xüsusilə, məhdudiyyət Koda-Partxhisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-cü kilometrindən 110-cu kilometrinə (Paravani aşırımı) qədər olan hissəsində tətbiq olunmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş