Gürcüstan 4 Azərbaycan vətəndaşı saxlanılıb

Dünya

18.01.2026 - 20:13

DİN Gürcüstanda 14 əcnəbinin saxlanılması barədə məlumat yayıb

Gürcüstanda on dörd xarici vətəndaş - Azərbaycan, Türkiyə, Banqladeş, Özbəkistan və Mərakeş vətəndaşları saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, bu şəxslər bir neçə ildir ki, Gürcüstanda qanunsuz yaşayır və sığınacaq prosedurunda nəzərdə tutulan şərtləri pozurlar.

Xarici vətəndaşlar ölkəni könüllü tərk etmək qərarından sui-istifadə edə bilməyiblər, buna görə də DİN-in Miqrasiya Departamenti onları saxlamaq qərarına gəlib.

Bu qərarın icrası üçün saxlanılanlar sonradan öz ölkələrinə qayıtmaq məqsədilə Miqrasiya Departamentinin müvafiq mərkəzinə yerləşdiriliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş