Gürcü müxalifəti Zurabişvilinin təşəbbüsünə “hə” dedi

Dünya

03.06.2024 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Gürcüstan müxalifəti Prezidentin təşəbbüsü ilə irəli sürülən xartiyanı imzalayıb

Gürcüstanda müxalifət partiyaları ölkə Prezidenti Salome Zurabişvilinin təşəbbüsü ilə irəli sürülən “Gürcüstan Xartiyası”nı imzalayıb. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Prezidentin nizamnaməsi müxalifətin payızda keçiriləcək parlament seçkiləri üçün, eləcə də seçkilərdən sonrakı fəaliyyət planı ilə bağlıdır. Sənədə əsasən, onu imzalayan və 2024-cü ilin payızında keçiriləcək parlament seçkilərinin yekunu üzrə mandat əldə etmiş bütün siyasi partiyalar birinci yaz sessiyasının sonuna kimi nizamnamə şərtlərini yerinə yetirməyi öhdələrinə götürürlər.

“Gürcüstan Xartiyası”nın şərtləri arasında gələn il növbədənkənar parlament seçkilərinin keçirilməsi, “Avropanın gələcəyinə xələl gətirən” bütün qanunların ləğvi, habelə məhkəmə islahatları və Daxili İşlər Nazirliyində islahatlar var.

Bir müddət əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Xarici təsirin şəffaflığı haqqında” qanunun qüvvəyə minməsini şərh edərək demişdi ki, “Xarici agentlər” haqqında qanunun qəbulundan yalnız bədxahlar uduzacaq. Baş nazir həmçinin vurğulayıb ki, iki ay ərzində qanunla bağlı çoxlu dezinformasiyalar ortaya çıxıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş