Mitinqi “Birlik – Milli Hərəkat”, “Dəyişiklik Koalisiyası” və “Güclü Gürcüstan” birlikləri keçirib
Dünən Tiflisdə yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə etiraz aksiyası keçirilib. AYNA gürcü mediasına istinadən bildirir ki, mitinqi “Birlik – Milli Hərəkat”, “Dəyişiklik Koalisiyası” və “Güclü Gürcüstan” birlikləri keçirib.
Onlar “kütləvi saxtakarlıqdan” danışıblar və parlamentə daxil olmaq fikrində olmadıqlarını bildiriblər.
Müxalifət liderləri nəticələrin qeyri-legitim elan olunması üçün son dəqiqəyə qədər çalışacaqlarını təkrarlayıblar.
Siyasətçilər hesab edirlər ki, küçə etirazlarının kulminasiya nöqtəsi iki tarixdə olacaq: Gürcüstan Mərkəzi Seçki Komissiyasının yekun iclası və 11-ci parlamentin ilk iclası günü.
Dünənki mitinq dörd saatdan çox davam edib. Etirazçılar “Marcanişvili” və “Dövlət Universiteti” metro stansiyaları yaxınlığında toplaşıblar.
Mitinq insidentsiz başa çatıb.