Gürcü müxalifəti Tiflisdə mitinq keçirdi: seçki nəticəsinə etiraz

Dünya

01.11.2021 - 06:58

Həkimlər Klinikalar SEO Xidməti

Müxalifət növbəti mitinqi noyabrın 7-nə təyin edib

Gürcüstanın paytaxtı Tiflisdə müxalifət partiyaları tərəfdarlarının mitinqi keçirilib. AYNA gürcü mediasına istinadən bildirir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının 20 bələdiyyədən 19-da qalib gəldiyi bələdiyyə seçkilərinin ikinci turunun nəticələrinə etiraz edənlər oktyabrın 31-də Rustaveli prospektində toplaşıblar.

Müxalif Vahid Milli Hərəkat Partiyasının rəhbəri Nika Melia bildirib ki, çərşənbə axşamı seçkilərin saxtalaşdırıldığı Batumiyə səfər etməyi planlaşdırır.

“Əlbəttə, biz yaxın gələcəkdə barışmaz mübarizədə yüksək motivasiya ilə böyük bir cəbhə formalaşdırmağı planlaşdırırıq. Seçkilərin nəticələrinə etiraz edir, onu tanımırıq. Daha sonar Kutaisiyə gedəcəm, tərəfdarlarımızla görüşəcəm”, - deyə Melia vurğulayıb.

Partiya sədri həmvətənlərini noyabrın 7-də müxalifətin Tiflisdə keçiriləcək mitinqinə çağırıb.

Mitinq insidentsiz başa çatıb. Müxalifət noyabrın 7-nə növbəti mitinq təyin edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş