“Gürcü arzusu” Saakaşvilinin partiyasının fəaliyyətinə qadağa qoymaq istəyir

Dünya

20.08.2024 - 17:05

Həkimlər Klinikalar SEO Xidməti

“Biz Vahid Milli Hərəkat Partiyası və onun varis partiyalarının konstitusiyaya zidd elan edilməsi ilə nəticələnəcək məhkəmə prosesini başladacağıq”

Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası oktyabrda keçiriləcək parlament seçkilərində qalib gələrsə, repressiyaları artıracaq, müxalif Vahid Milli Hərəkat Partiyasının fəaliyyətini qadağan edəcək.

AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə hakim partiyanın Siyasi Şurasının bəyanatında qeyd olunub: “Konstitusiya çoxluğu əldə edilən kimi biz Vahid Milli Hərəkat Partiyası və onun bütün peyk, varis partiyalarının konstitusiyaya zidd elan edilməsi ilə nəticələnəcək məhkəmə prosesini başladacağıq”.

Həmçinin bildirilib ki, Vahid Milli Hərəkat Partiyası əvvəllər məsuliyyətə cəlb edilməli idi, lakin “obyektiv səbəblər” buna mane olub.

Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyasının qurucusu həbsdə olan sabiq Prezident Mixail Saakaşvilidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş