Gülənin qardaşı oğlu yaxalandı: Yunanıstana keçməyə cəhd göstərib

Dünya

23.06.2022 - 12:56

"Qanunsuz yollarla Yunanıstana keçməyə çalışan 10 nəfərdən 5- FETÖ-çudur"

Türkiyənin Milli Müdafiə Nazirliyi qanunsuz yollarla Yunanıstana keçməyə çalışan 10 nəfərin saxlanıldığını açıqlayıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, saxlanılanlardan biri terror təşkilatı FETÖ-nun lideri Fətullah Gülənin qardaşı oğlu Süməyya Güləndir. 

"Qanunsuz yollarla Yunanıstana keçməyə çalışan 10 nəfərdən 5- FETÖ-çudur. Bu şəxslərdən birinin isə FETÖ lideri Fəthullah Gülənin qardaşı oğlu Süməyya Gülən olduğu müəyyənləşib", - deyə açıqlamada vurğulanıb.

Müəllif: Ayna.az