Güclü yağış və dolu gözlənilir

Xəbərlər

21.04.2020 - 13:31

Həkimlər Klinikalar SEO Xidməti

Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək

 

Aprelin 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş