Göygöldə minik maşını aşıb, xəsarət alanlar var

Hadisə

29.11.2023 - 04:20

Həkimlər Klinikalar SEO Xidməti

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri kafidir

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı 24 yaşlı Eltac Əzizov və 20 yaşlı Cavid Eyvazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş