Şübhəli şəxs qismində saxlanılan var
Göyçay rayonunda qəbiristanlıqdan oğurluq edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər qəbiristanlığındakı məzarlardan birinin ətrafına çəkilmiş dəmir hasarı sökərək, oğurlamaqda şübhəli bilinən Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş C.Bədəlov saxlanılıb.