Fövqəladə Hallar Nazirliyi məlumat yayıb
Göyçayda kafelərdən birində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, nazirliyin “Qaynar xətti”nə Göyçay rayonu ərazisində yerləşən kafedə yanğın olması ilə bağlı daxil olan məlumat əsasında nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunublar.
Kafedə baş vermiş yanğının daha geniş sahəyə yayılmasının qarşısı alınıb. Qısa müddət ərzində yanğın məhdudlaşdırılıb. Yanğının yaxın ərazidə yerləşən hotel binasına keçməsinin qarşısı alınıb. Sonda yanğın söndürülüb.