Göyçayda 69 yaşlı qadın itkin düşüb

Xəbərlər

19.01.2024 - 14:59

Zümrüd Bəkirova yanvarın 13-dən yoxa çıxıb

Göyçayda 69 yaşlı qadın itkin düşüb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd olunub ki, Göyçay rayonunun Çərəkə kənd sakini, 1955-ci il təvəllüdlü Bəkirova Zümrüd Seyidəbi qızı yanvarın 13-də səhər saat 8 radələrində yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək qayıtmayıb.

Qadın barəsində hər hansı bir məlumatı olan şəxslərin DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020) 274-04-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş