Göyçayda 6 otaqlı ev yanaraq kül olub

Hadisə

02.01.2024 - 10:56

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Göyçay rayonunun Çaxırlı kəndində yanğın hadisəsi baş verib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, Çaxırlı kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş