Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Xəbərlər

19.12.2021 - 19:14

Həkimlər Klinikalar SEO Xidməti

Onun barəsində toplanmış materiallar baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, tədbir zamanı rayonun Potu kənd sakini Rövşən Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Onun barəsində toplanmış materiallar baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş