Göyçay sakini qətlə yetirilib

Hadisə

30.04.2024 - 00:33

Şübhəli şəxs qismində ölən şəxsin oğlu saxlanılıb

Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, aprelin 29-u saat 21 radələrində Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ayna.az