Zəlzələnin maqnitudası 3-ə bərabər olub
Martın 9-da Mingəçevir stansiyasından 25 kilometr cənub-qərbdə- Goranboy rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya bildirilib ki, yerli vaxtla saat 22:24-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələ hiss olunmayıb.