Goranboyda silah-sursat aşkarlanıb

Xəbərlər

04.01.2025 - 18:29

Həkimlər Klinikalar SEO Xidməti

Goranboy rayonunda silah-sursat aşkarlanıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Polis əməkdaşları həmin ünvanlara gedərək müvafiq tədbirlər həyata keçirib və ümumilikdə iki ədəd “Kalaşnikov” markalı avtomat, üç ədəd avtomat darağı, 60 ədəd 7,62 çaplı avtomat patronu və 100 ədəd RPK patronu aşkar edərək götürüblər.

Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş