Goranboyda heyvanlar minaya düşüb

Xəbərlər

20.09.2025 - 20:19

Hadisə Tapqaraqoyunlu kəndində, keçmiş təmas xəttində qeydə alınıb

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində, keçmiş təmas xəttində qeydə alınıb.

Kənd sakinin məxsus xırdabuynuzlu mal-qara piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində heyvanlardan ikisi tələf olub, kənd sakini isə xəsarət almayıb.

Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş