Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb
Goranboy rayonunda kiçik tutumlu yük maşını ilə minik avtomobili toqquşub, xəsarət alanlar var.
AYNA-nın "Report"a istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində 1982-ci il təvəllüdlü T.Məmmədova və 1984-cü il təvəllüdlü A.Tağıyev xəsarət alıb.
Onlardan T.Məmmədova xəstəxanaya çatdırılıb, A.Tağıyev isə ambulator müalicə alıb və xəstəxanaya getməkdən imtina edib.
Faktla bağlı araşdırma aparılır.