Goranboy istiqamətində atışma gedir, düşmənin itkisi var

Xəbərlər

24.03.2020 - 11:54

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistan hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalıb

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

“Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır. Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır”, - məlumatda qeyd olunur.

 

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş