“Qırmızı Körpü”də “DAF”, “Volvo” və iki ədəd “Mercedes Benz” markalı yük avtomobilləri saxlanılıb
Gömrük nəzarətindən gizlədilən müxtəlif markalı siqaretlər aşkarlanıb. Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Qeyd edilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda ölkəmizə gələn “DAF”, “Volvo” və iki ədəd “Mercedes Benz” markalı yük avtomobilləri saxlanılıb və sürücüləri şifahi sorğu-sual olunub. Bu zaman onlar idarə etdikləri yük nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını deyiblər.
Lakin yoxlama zamanı avtomobillərdə gömrük nəzarətindən gizlədilən, ümumilikdə 8300 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.