Gizli spirtli içkilər aşkarlanıb

Hadisə

07.01.2020 - 14:18

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda faktla bağlı araşdırma aparılır

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Opel Vectra" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual edilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, sorğu-sual zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

 

Lakin yoxlama zamanı avtomobilin arxa oturacağının altında və yük yerində hər biri 1 litr olmaqla, 8 ədəd üzərində "Nemirovskaya" yazılan və 22 ədəd üzərində "Nemoroff" yazılan spirtli içkilər aşkarlanıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş