“İstəmirəm ki, hərbi əməliyyatlara cavabdeh olan şəxslər mənim namizədliyimi müzakirə edərək diqqətlərini yayındırsınlar”
Gideon Saar İsrail Müdafiə Nazirliyinin rəhbəri vəzifəsindən imtina edib. AYNA xəbər verir ki, bu barədə “Ynet” yazıb.
Qeyd olunub ki, Saar bu barədə Baş nazir Benyamin Netanyahuya məlumat verib və bununla da ona belə bir vəzifənin təklif edildiyini ilk dəfə təsdiqləyib.
“Şimal sərhəddində baş verən son hadisələri və onların nəticələrini nəzərə alaraq hökumət başçısına bildirdim ki, bu vəziyyətdə onun müdafiə naziri vəzifəsini tutmaq təklifindən imtina edirəm. Mən istəmirəm ki, hərbi əməliyyatlara cavabdeh olan şəxslər mənim namizədliyimi müzakirə edərək diqqətlərini yayındırsınlar”, - deyə siyasətçi bildirib.
Gideon Saar "təxminən bir həftə əvvəl" bu vəzifəni tutmağa razılaşdığını söyləyib. Siyasətçi son günlər Livan-İsrail sərhədində başlayan gərginliyin kəskin artmasından sonra qərarını dəyişib: “Mən həmişə İsraili gücləndirəcəyəm və heç vaxt onu zəiflədənlər arasında olmayacağam”.
Saar keçmişdə İsrailin Baş naziri Binyamin Netanyahunun Likud Partiyasının üzvü olub və hazırda Yeni Ümid siyasi platformasının sədridir. Sentyabrın 16-da “Ynet” portalı adı açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, Likud Partiyasının nümayəndələri Saar ilə hökumət kabinetinə müdafiə naziri kimi daxil olmaq üçün danışıqlar aparır.