Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə yeni təyinat olub
General-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. AYNA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Sərdar Süleyman oğlu Səfərov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib. Prezident bu barədə Sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinin komendantı olub.