General: “İki saat ərzində ermənilərin 14 tankını məhv etdik”

Xəbərlər

27.04.2021 - 18:19

Elçin Quliyev: “Təqribən 10-12 tankı düşmən burada qoyub qaçdı”

 

“Ermənilər Horadiz kənd istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda “Harop”larla iki saat ərzində düşmənin 14 tankını məhv etdik”.  

 

AYNA xəbər verir ki, bu sözləri Zəngilanda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında DSX rəisi, general-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevə məruzə edən zaman deyib.

 

“Təqribən 10-12 tankı düşmən burada qoyub qaçdı”, - deyə E.Quliyev əlavə edib.

 

E.Quliyev dövlət başçısına düşmənə məxsus S-300 raketlərinin məhv edilməsinin görüntülərini də nümayiş etdirib.

Müəllif: Ayna.az