Bir ədəd “F-1”, bir ədəd “RQD 5” əl qumbarası, iki ədəd “UZQRM” qumbara partladıcısı və...
Gəncə şəhərində silah-sursat tapılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Post Patrul Xidməti Taborunun əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıb.
Dərhal Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalar zamanı oradan bir ədəd “F-1”, bir ədəd “RQD 5” əl qumbarası, iki ədəd “UZQRM” qumbara partladıcısı, 96 ədəd müxtəlif kalibrli avtomat və tapança patronları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.