Gəncədə yol qəzası: 1 nəfər ölüb

Hadisə

04.04.2025 - 09:21

Həkimlər Klinikalar SEO Xidməti

VAZ-2106 markalı maşınla BMW markalı avtomobil toqquşub

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, VAZ-2106 markalı maşınla BMW markalı avtomobil toqquşub. Qəza nəticəsində “Jiquli”də olan 1973-cü il təvəllüdlü Talib Cabbarov ölüb, 2006-cı il təvəllüdlü qızı Gülnarə xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun müalicəsi davam edir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş