Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Gəncə şəhərinin Kəpəz rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 24 m² olan plastik materiallardan ibarət tikili və içərisindəki əşyalar yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.